Rusiya müdafiə nazirinin keçmiş müavini həbs olundubackend

Rusiya müdafiə nazirinin keçmiş müavini həbs olundu

Moskvada məhkəmə Rusiya müdafiə nazirinin sabiq birinci müavini Ruslan Tsalikovu 10 il müddətinə həbs cəzasına məhkum edib. O, həmçinin 500 milyon rubl (10.3 milyon manat) məbləğində cərimələnib və dövlət təltiflərindən məhrum edilib.

KONKRET.az Rg.ru-ya istinadən xəbər verir ki, Tsalikov Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə təqsirli bilinib.

Bunlara mütəşəkkil cinayətkar qrupun tərkibində mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması (yuyulması), habelə rüşvət alma daxildir.

Məhkəmə prosesi iki aydan bir qədər çox davam edib. İstintaq və məhkəmə araşdırması müddətində təqsirləndirilən şəxs ev dustaqlığında olub.

Ruslan Tsalikov 2015-ci ilin dekabrından 2024-cü ilin iyun ayınadək Rusiya Müdafiə Nazirliyində vəzifə tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*