Xətai rayonunda, 8 Noyabr prospektindən keçən Keşlə yağış kollektorunda tikinti, bərpa və yenidənqurma işləri yekunlaşmaq üzrədir.
KONKRET.az xəbər verir ki, İri Şəhərlərin Su Təchizatı tərəfindən həyata keçirilən işlər təsdiq olunmuş layihə sənədlərinə, müvafiq norma və qaydalara uyğun aparılır.
Layihənin əsas məqsədi mövcud infrastrukturun texniki vəziyyətini yaxşılaşdırmaq, kollektorun istismar gücünü artırmaq və ərazidə yağış sularının daha səmərəli idarə olunmasını təmin etməkdir.

