Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə etdiklərini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Paşinyan bu barədə bu gün verdiyi açıqlamada danışıb.
Baş nazir bildirib ki, hazırda Ermənistanda təxminən 1000 nəfərin taleyinin müəyyənləşdirilməsi problemi mövcuddur. Onlardan 777 nəfərə yaxını hələ 1990-cı illərin əvvəllərindən itkin düşmüş hesab olunur.
Paşinyanın sözlərinə görə, problemin həllinin ən effektiv yolu Ermənistanla Azərbaycan arasında əməkdaşlıqdır.
“Dublində keçirilən müzakirələr zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində əməkdaşlığa daha institusional xarakter verilməsi məsələlərini daha konkret və ətraflı müzakirə etdik”, – Paşinyan vurğulayıb.\\Musavat.com
