FİFA prezidentinə namizəd onlardırbackend

FİFA prezidentinə namizəd onlardır

FİFA təşkilatın prezidenti vəzifəsinə üç namizəddən ibarət siyahını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat açıqlamasına istinadən “Match TV” məlumat yayıb.

Namizədlər bunlardır: hazırkı FİFA prezidenti Canni İnfantino, Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo və Yaponiya Futbol Assosiasiyasının fəxri prezidenti Kozo Taşima.

Qeyd edək ki, FİFA prezidentliyinə seçkilər 2027-ci il martın 18-də, təşkilatın Mərakeşdə keçiriləcək konqresi zamanı baş tutacaq. Namizədlərin təqdim etdiyi namizədliklər seçki komitəsi tərəfindən nəzərdən keçiriləcək və komitə onların səsvermədə iştirak etmək hüququna malik olub-olmadıqları barədə qərar verəcək.\\qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*