Beşinci dəfə evlənən 90 yaşlı kişi ALTINCIYA HAZIRLAŞIRbackend

Beşinci dəfə evlənən 90 yaşlı kişi ALTINCIYA HAZIRLAŞIR

Səudiyyə Ərəbistanında 90 yaşlı kişi beşinci dəfə evlənib. 

KONKRET.az xəbər verir ki, bu barədə BƏƏ-nin “Gulf News” qəzeti məlumat yayıb.

Beşinci dəfə ailə həyatı quran Naser bin Dahayma bin Vahq Al Murşidi Al-Otaybi bildirib ki, evlənmək Allah qarşısında iman və iftixar mənbəyidir. O, yenidən evlənmək istədiyini də açıqlayıb.

Yaşlı kişi ailə qurmaqdan çəkinən gənclərə səslənərək deyib ki, bu rahatlıq gətirir və sağlamlığın sirridir.

Onun sözlərinə görə, qocalıq evliliyə mane olmur.

Belə ki, dörd övladı olan qoca daha çox uşaq sahibi olmaq arzusundadır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*