Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub GÖNDƏRİLDİbackend

Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub GÖNDƏRİLDİ

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib.

“Bura Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını almaq səyləri daxildir. Sübutlar göstərir ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra işğaldan azad edilmiş ərazilərə, məsələn Laçına 1300 mina yerləşdirib. Bu məcburi köçkünlərin təhlükəsiz geri qayıdışının qarşısını alır”, – nazir müavini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*