“Beynəlxaq Qırmızı Xaç Komitəsi (BQXK) əsirlərin mübadiləsi və ölənlərin cəsədlərinin qaytarılması məsələsində Bakı və İrəvana kömək etməyə hazırdır”.
KONKRET.az xəbər verir ki, bu barədə şənbə günü təşkilatın saytında yayımlanan məlumatda deyilir.
Beynəlxalq qurum Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasını alqışlayıb.
“Biz münaqişə tərəfləri ilə müntəzəm müzakirələr aparırıq və BQXK-nin əsirlərin və cəsədlərin qaytarılmasında operativ qruplarımız üçün nəqliyyat və təhlükəsizlik zəmanətlərinin təşkili sahəsində müzakirələrə başlamağa hazırıq”, – deyə BQXK-nın Avrasiya üzrə Regional direktoru Martin Şuepp bildirib.
“Ümid edirik ki, bu razılaşma həftələrdir davam edən gərgin döyüşlərdən sonra ailələr üçün əhəmiyyətli dərəcədə razılığa səbəb olacaq”.
Təşkilat 2016-cı ilin aprel savaşında Dağlıq Qarabağda həlak olanların cəsədlərinin qaytarılmasında münaqişə tərəflərinə kömək etdiyini xatırladıb.
