Bəzi ərazilərdə işıq olmayacaqbackend

Bəzi ərazilərdə işıq olmayacaq

Paytaxtın bəzi ərazilərində elektrik təchizatında fasilələr yaranacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

“İyunun 16-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri zamanı fasilə saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Musa Əliyev küçələrinin bəzi hissələrini əhatə edəcək. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*