Bibər qazına məruz qalan 35 şagird xəstəxanaya yerləşdirildibackend

Bibər qazına məruz qalan 35 şagird xəstəxanaya yerləşdirildi

Tokioda bir məktəbdə bibər qazına məruz qalan 35 şagird xəstəxanaya yerləşdirilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, paytaxtın ən gur ərazilərindən biri olan Şincukuda yerləşən Tokio Koreya məktəbinin sinif otağına təsadüfən bibər qazı səpilib.

Bildirilib ki, bibər qazına məruz qalan 35 orta məktəb şagirdi müxtəlif şikayətlər, xüsusilə də göz ağrıları ilə xəstəxanaya yerləşdirilib.

Dövlət televiziyası bildirib ki, orta məktəb şagirdi tənəffüs zamanı təsadüfən dostunun bibər qazından istifadə edib.

Qeyd olunub ki, hadisədən sonra Şincukunun Vakamatsu rayonundakı məktəbə polis maşınları göndərilib və hadisənin təfərrüatları araşdırılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*