Biləsuvarda 11 yaşlı uşağı maşın vurub öldürdübackend

Biləsuvarda 11 yaşlı uşağı maşın vurub öldürdü

Biləsuvarda azyaşlını maşın vuraraq öldürüb.

KONKRET.az-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, oktyabrın 11-də saat 11 radələrində Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisində Xırmandalı kənd sakini N.İmanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən rayon sakini 11 yaşlı Sadiq Əsgərlini vurub və uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*