Biləsuvarda yol qəzasında xəsarət alan şəxs öldübackend

Biləsuvarda yol qəzasında xəsarət alan şəxs öldü

Biləsuvarda traktorun aşması nəticəsində xəsarət alan şəxs ölüb.

KONKRET.az xəbər verir ki, hərəkətdə olan traktor yoldan çıxaraq aşıb.

Nəticədə traktorçu N.Hümbətov və və onun sərnişini, 1998-ci il təvəllüdlü Yaşar Quliyev ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq Y.Quliyevin həyatını xilas etmək mümkün olmayıb.

O, bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə mayın 23-də Biləsuvar-Bəhramtəpə yolunun rayonun Nərimankənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*