Bill Qeyts və həyat yoldaşı koronavirusla mübarizəyə vəsait ayırdıbackend

Bill Qeyts və həyat yoldaşı koronavirusla mübarizəyə vəsait ayırdı

“Microsoft” şirkətinin sahibi Bill Qeytsə və həyat yoldaşı Melindaya məxsus “Bill & Melinda Gates Foundation” xeyriyyə fondu koronavirusa qarşı mübarizə tədbirləri üçün tezliklə 100 milyon ABŞ dolları ayıracaq.

KONKRET.az fondun saytına istinadən xəbər verir ki, məbləğin 20 milyonu koronavirusun aşkarlandığı insanları daha tez müəyyənləşdirməyə və müalicə etməyə sərf olunacaq.

Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-dakı xəstəliklərə nəzarət və profilaktika mərkəzləri kimi aidiyyəti qurumlara, Çinin və təsdiqlənmiş yoluxma hallarının qeydə alındığı başqa ölkələrin səhiyyə idarələrinə də vəsait göndəriləcəyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*