Düşmənin daha 2 hərbi qulluqçusunun cəsədi aşkarlanıb.
KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki,bu gün Xocavənd rayonunun işğaldan azad olunmuş Binə kəndində 2 erməni hərbçisinin cəsədi tapılıb.
Bu vaxta kimi adları itkin siyahısında olan hərbçilərin cəsədi Qarabağ ərazisində aşkar edilib.
Bu barədə qondarma rejimin nümayəndələri məlumat verib.
Bu vaxta kimi Qarabağda itkin düşən erməni hərbi qulluqçularından 1 268-nin cəsədinin tapıldığı bildirilib.
