Binəli Yıldırım qəzadan sonra ilk dəfə TBMM-dəbackend

Binəli Yıldırım qəzadan sonra ilk dəfə TBMM-də

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım Cəbrayılda keçirdiyi qəzadan sonra ilk dəfə Türkiyə Böyük Millət Məclisinin iclasında iştirak edib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yıldırımı TBMM-də AK Partiya üzvləri qarşılayıb.

Millət vəkilləri ona çiçək verərək tezliklə sağalmasını arzulayıblar.

Sonra Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşərək icslas zalına daxil olub.

Qeyd edək ki, 2022-ci il oktyabrın 20-də Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım Cəbrayılda qəzaya düşüb.

Həmçinin, Prezident İlham Əliyev Mərkəzi Klinik Xəstəxanasına gələrək yol qəzası keçirən Binəli Yıldırıma baş çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*