“Bir gün həmin şəxsləri əlcək kimi istifadə edərək kənara atacaqlar” – Deputat QƏZƏBLƏNDİbackend

“Bir gün həmin şəxsləri əlcək kimi istifadə edərək kənara atacaqlar” – Deputat QƏZƏBLƏNDİ

AXCP sədri Əli Kərimli Sevinc Osmanqızına verdiyi müsahibəsində sentyabrın 30-da “Siyasi Partiyalar Haqqında Qanuna” etiraz olaraq  mitinq keçirmək niyyətində olduğunu gizlətməyib. İndiki regional gərginlik və Azərbaycana qarşı atılan addımlar fonunda AXCP sədrinin öz vətəndaş mövqeyini kənara qoyaraq bu cür təxribat xarakterli hərəkətlər haqda düşünməsi əslində təəccüb doğurmasa da, cəmiyyət tərəfindən təəssüflə qarşılanır. Ən azından indiki gərgin şəraitdə öz şəxsi mənafeyini deyil, vətənini və dövlətini düşünməyin mümkün olduğu halda Əli Kərimlinin bundan imtina etməsi onun düşmən dəyirmanına su tökməyə həvəsli olduğundan xəbər verir.

Mövzunu KONKRET.az-a şərh edən millət vəkili Elman Nəsirov bildirib ki, “Siyasi Partiyalar Haqqında Qanun” layihəsinin ilk müzakirəsi bu ayın 28-də Milli Məclisdə keçiriləcək: “Söhhət qanunun ictimai müzakirəsindən gedir. Partiyaların liderləri öz mövqelərini açıq şəkildə ifadə etmək imkanına malik olacaqlar. Bu da Venesiya Konvensiyasının əsas tövsiyələrindən biridir. Azərbaycan da bu tövsiyələri nəzərə alıb. Artıq 39 siyasi partiya təkliflərini verib. İndiki layihə də məhz həmin təkliflər əsasında hazırlanıb. Bu reallıqlar fonunda Əli Kərimli və onun kimilər, yəni radikal müxalifəti təmsil edən şəxslər ABŞ-da oturub ermənipərəst siyasi dairələrin əlində alətə çevrilən Sevinc Osmanqızına müsahibə verir. Müsahibəsində sözügedən qanun layihəsinə etimadsızlığını ifadə edir. Eyni zamanda xalqın adından danışır və insanları mitinqə çağırır. Əvvəla Əli Kərimli xalqa müraciət edə bilsə də, onun adından danışmaq ixtiyarı yoxdur. Bu, qanunla qadağandır. Digər tərəfdən bu qanun çox mətləbləri üzə çıxaracaq. Əli Kərimlinin də partiyası başda olmaqla bəzi partiyaların arxasında heç bir kütlənin dayanmadığı bəlli olacaq. Məlumdur ki, bu cür partiyaların üzvləri arasında qohum-qonşu və dost-tanış əsas yer tutur. Sosial bazası olmayan Əli Kərimli ifşa ediləcəyindən narahatdır. Azərbaycanda xalqa arxalanan və təxminən 800 min üzvü olan yeganə partiya Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP-dır”.

Elman Nəsirov: Paşinyanın babasının faşistlərə xidmət etməsi faktı onun  işğalçılıq siyasətinin mahiyyətini ortaya qoyur - AZƏRTAC

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti Bakı şəhərinin 51 faizini təşkil edən Qaradağ rayonunda yerləşən stadionu  onların ixtiyarına verib ki, toplaşaraq öz fikirlərini səsləndirsinlər: “Qaradağın yolları isə olduqca gözəldir və müasir standartlara cavab verir. Belə olan halda onlar həmin əraziyə getməkdən imtina edirlər. Əgər radikal müxalifətin on minlərlə sosial bazası olsaydı və xalq kütlələri arxasında dayansaydı, bu zaman onlar üçün Qaradağ rayonu ərazisinə getmək problem sayılmazdı. Ona görə də, siyasi cığallıq etməyə başlayırlar. Üstəlik hazırda Ermənistanın irimiqyaslı təxribatları ilə üz-üzəyik. Faktiki olaraq regionda az qala növbəti müharibə başlayacaq. İndi də Ermənistan hərbi-siyasi rəhbərliyinin son davranışları, Pelosinin İrəvanda peyda olması, Azərbaycana qarşı aqressiv fikirlərin səsləndirilməsi mövcud təhlükədən xəbər verir. Belə təhdidlərin olduğu bir vəziyyətdə siyasi partiya liderləri mənfi fikirlərdən uzaq durmalıdırlar. Hər kəs Azərbaycan vətəndaşı və xalqın təmsilçisi olduğunu fikirləşməlidir, ölkə üçün həyatı əhəmiyyətli məsələlərdə siyasi mnsubiyyət məsələsi kənara qoyulmalıdır. Hamı bir yumruq kimi birləşməlidir. Biz bunu Vətən müharibəsi zamanı gördük. Lakin təəssüf ki, elə həmin dönəmdə də Əli Kərimli və onun kimilər öz xəbis xislətlərini və anti-milli mahiyyətlərini ortaya qoydular. Bu gün də eyni vəziyyət hökm sürür. Bunun müsbət cəhəti odur ki, xalq ağır situasiyalarda, dövlətin və vətənin taleyinin həll olunduğu məsələlərdə kimin özünü necə apardığını görür. Hər kəs öz simasını ortaya qoyur. Bu gün AXCP də, Milli Şura-da, xaricdə oturub özünü siyasi blogger adlandıranlar da əslində kimin yanında yer aldıqlarını nümayiş etdirirlər. Onlar birmənalı şəkildə dünya erməniliyinin, erməni diasporunun yannda yer alıblar və düşmənin maliyyəsi ilə fəaliyyət göstərirlər. Ancaq unutmasınlar ki, istifadə müddəti deyilən bir anlayış var. Bir gün həmin şəxsləri əlcək kimi istifadə edərək kənara atacaqlar. Hesab edirəm ki, həmin prosesin bütün kordinatları və cizgiləri görünməkdədir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*