Buryatiyada ovçular bir gündə 14 ayı öldürüblər.
KONKRET.az xəbər verir ki, respublikanın ətraf mühitin idarə olunması agentliyinin məlumatına görə, bunlar yaşayış məntəqələrinə daxil olan aqressiv heyvanlar olub.
Açıqlamada deyilir: “Görülən tədbirlər nəticəsində 14 ayı nəzarət altına alınıb. Ümumilikdə, bütün dövr ərzində 149 ayı nəzarət altına alınıb”.
Xatırladaq ki, ayıların hücumu səbəbindən Sibirin altı bələdiyyəsində yüksək hazırlıq rejimi elan edilib .
Bu arada, Yuqrada ayılar daha çox aqressiv olub. Vəhşi heyvanlar birbaşa yaşayış binalarına, bağlara və hətta xəstəxanalara hücum edir.
Krasnoyarsk ərazisində artıq ayıları vuranlara mükafat tətbiq edildiyi bildirilib.
Bu mövsüm ayılar təkcə Rusiya bölgələrində problemə çevrilməyib. Məsələn, Yaponiyada insanlara hücum dalğasından sonra 14 mindən çox ayı vurulub .
Rəsmiyyə Şərifova,
KONKRET.az
