Bir sıra şirkətlər ölkənin dar günündə harada gizlənib?! – “BOLLUQ”dan xəbər yoxdurbackend

Bir sıra şirkətlər ölkənin dar günündə harada gizlənib?! - "BOLLUQ"dan xəbər yoxdur

Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı maliyyə dəstəyinin göstərilməsi haqqında imzaladığı fərmana əsasən ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

Yaradıldığı ilk gündən dövlət və özəl müəssisələr, hüquqi və fiziki şəxslər fonda müxtəlif məbləğlərdə ianələr etməyə başladılar. Hətta ölkəmizdən kənarda fəlaiyyət göstərən müəssisələr və xaricdə yaşayan soydaşlarımız da bu kampaniyadan kənar qalmadılar.

Fonda ümumilikdə 30 aprel tarixinədək 3 253 hüquqi, 10 997 fiziki şəxs tərəfindən 113 330 904 manat ianə edilib.

Amma çox təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən və bu fəaliyyətinə görə böyük qazanc əldə edən bir sıra şirkətlər bu günədək Prezidentin başladığı bu kampaniyadan kənarda qalıblar.

Əlbəttə, söhbət 1993-cü ildən bir çox xarici brend və məhsulların ölkəmizdə distribüterliyini həyata keçirən “Bolluq LTD” MMC-dən gedir. Şirkət ölkəmiz və vətəndaşlarımız üçün bu qədər həssas olan bir dönəmdə heç bir xeyriyyə kampaniyasına qoşulmamaqla hamını təəccübləndirib. Yeri gəlmişkən, qeyd edək ki, karantin rejimində yaşayan ölkəmizin mağazalarında şirkətin mallarında ciddi qiymət artımı da hiss olunmaqdadır. Sadəcə maraqlıdır ki, şirkət bu addımlarla nə etmək istəyir?

Şirkətdən bu mövzuda məlumat almaq cəhdlərimiz uğursuzluqla nəticələndi. Lakin onların məsələyə münasibətini saytımızda işıqlandırmağa hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*