“Biz “Arsax”la bağlı qərar qəbul etmişik” – Vardanyan ÇƏRƏNLƏDİbackend

"Biz "Arsax"la bağlı qərar qəbul etmişik" - Vardanyan ÇƏRƏNLƏDİ

İlham Əliyevin Münhendəki tələbindən cəmi 5 gün sonra “vəzifə”sini itirən Vardanyan bunu qəbul edə bilmədiyini nümayiş etdirib.

KONKRET.az xəbər verir ki, bu gün İrəvanda “Arsax”ın beynəlxalq səviyyədə tanınmasının imperativi” adlı konfrans keçirilir. Toplaşanlar Qarabağa Rusiyadan transfer olan, bu ərazi ilə heç bir bağlılığı olmayan və dünən Azərbaycanın tələbi ilə qovulan keçmiş “dövlət naziri” Ruben Vardanyanla onlayn əlaqə saxlayıblar.

“Arsax”ın “müstəqilliyi” təkcə beynəlxalq təşkilatlardan deyil, bizdən də asılıdır. Hər şey bizim mübarizəmizdən irəli gəlir. Mən son 6 ay Qarabağda olmuşam. Və sizi əmin edə bilərəm ki, Qarabağ xalqı da belə düşünür. Onlar özlərini başqa versiyada görmürlər. Artıq qərarımızı vermişik. “Arsax” öz müqəddəratını təyin etməlidir”, – deyə Vardanyan çərənləyib.

Onun sözlərinə görə, Qarabağ çox ciddi dəyişikliklərlə üz-üzədir.

“Bu gün Qarabağda “120 min” erməni yaşayır və onlar Ermənistana qoşulmaq istəyir.

Lakin bir problemimiz var. İçimizdə olan xəstəlikləri görürəm və bizim birinci düşmənimiz özümüzük. Gündəlik həyatı yaşamaqla nəyi dəyişməli olduğumuzu başa düşməyən bizlər”, – deyə Vardanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Şəmsəddin
    Fevral 25, 2023 - 10:19

    Laçın yolunda ermənistanla ərazidə sərhəd və gömrük postları qoyulmalıdır.Ordumuz Xankəndinə girməlidir. Qarabağ Azərbaycandır !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*