“Biz Qarabağı ermənilərin gələcək nəsillərinə ötürməyə borcluyuq” – Vardanyanbackend

"Biz Qarabağı ermənilərin gələcək nəsillərinə ötürməyə borcluyuq" - Vardanyan

“Biz Qarabağı ermənilərin gələcək nəsillərinə ötürməyə borcluyuq”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma rejimə separatçıbaşı Arayik Arutyunyan tərəfindəın “dövlət naziri” təyin olunmuş Ruben Vardanyan deyib.

Bu gün Arayik Arutyunyan Ruben Vardanyanı qondarma qurum üzvlərinə təqdim edib.

Arayik Arutyunyan deyib ki, Ruben Vardanyanın təcrübəsi, imkanları və bütün dünya ilə dəyərli əlaqələri indiki mərhələdə Qarabağ üçün lazımdır.

Ruben Vardanyan öz növbəsində bildirib ki, indiki dövrdə Qarabağın “dövlət naziri” vəzifəsini tutmaq onun üçün böyük şərəf və daha böyük məsuliyyətdir.

“Vəziyyətin ciddiliyini dərk edərək bu qərarı verdim. Biz başa düşməliyik ki, indi bu, bizim üçün daxili müharibədir. Qarabağın təhlükəsizliyi, subyektivliyi və inkişafı üçün hamımızdan güc və səy sərf etməyi tələb edən böhranlı vəziyyətdir. Biz Qarabağı “əcdad”larımızdan almışıq və biz onu ermənilərin gələcək nəsillərinə ötürməyə borcluyuq”, – Vardanyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*