“Biz xain, alçaq düşmənlə üz-üzəyik” – Prezidentin köməkçisibackend

"Biz xain, alçaq düşmənlə üz-üzəyik" - Prezidentin köməkçisi

“Biz haqq yolunda fəaliyyətimizi davam etdiririk. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan özünün haqq işini davam etdirir. Silahlı Qüvvələrimiz hər bir məqamda onların layiqli cavablarını verirlər. Qarabağ bizimdir”.

KONKRET.az xəbər verir ki, bunu Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı keçirilən mətbuat konfransında deyib.

Hikmət Hacıyev bildirib ki, bu gün Azərbaycan cəmiyyəti səfərbərdir:

“Dünən hər bir vətəndaşımız qürur hissi ilə Ali Baş Komandanın müraciətini izləyib. Biz xain, alçaq düşmənlə üz-üzəyik. Bu gün hər bir vətəndaşımız möhkəmdir”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*