“Bu hakimiyyətlərlə bizi ancaq ölüm gözləyir”.
KONKRET.az xəbər verir ki, bunu psixoloq Karine Nalçacyan erməni mediasına müsahibəsində deyib.
O, ölkədə hökm sürən vəziyyət ətrafında erməni cəmiyyətinin əhval-ruhiyyəsini təhlil edib.
“Artıq camaat gözünü açıb və bundan sonra nə olacağını anlayır. İndiki cəmiyyət iki-üç il əvvəlki kimi deyil.
Bütün proseslər cəmiyyətin qurban verilməsinə yönəlib.
Bəlkə də biz qələbəmizi və ya birdən-birə iki dövlətə sahib olmağın sevincini dəyərləndirmədik, amma düşmənin təxribatlarına qarşı çıxan güclü ordumuz olduğunu bilirdik.
İndi daxili və xarici düşmənlər müharibədə zərbə endirərək, xalqımızı psixoloji cəhətdən də aşağılamağa müvəffəq oldular. Xalqı yenə inandırdılar ki, biz anormalıq, əlimizdən heç nə gəlmir, uduzmuşuq… Bizim cəmiyyət klassik qurbana çevrilib, çünki biz indi qurban statusundayıq”,- o deyib.
Nalçacyanın sözlərinə görə, çarəsiz vəziyyətdə olsalar da, bütün potensiallardan istifadə etməklə sona qədər mübarizə aparmağa hazırdırlar.
“Bu gün nifrət və qisas hissi yox olmalıdır. Bu, qəzəb, ikrah və nifrət tələb edir. Bu üç komponentin birləşməsi vəziyyətində partlayış qaçılmaz olur, sadəcə zaman məsələsi var. Söhbətlər vasitəsilə bütün bu komponentlərin göz qabağında olduğunu görmək olar.
İndiki hakimiyyət getsə, o zaman gələcəyə nikbin baxmaq olar.
Bu hökumətlə yalnız ölüm nəsibimiz olacaq. Onların vəd etdikləri “sülh” Yerablurdakı sülhdür, çünki orada hamı susur. O, bizi məhz belə bir “sülhə” aparacaq, – deyə Nalçacyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az