Əfqanlar Türkiyəyə maliyyə yardımı toplayır.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Dünyanın ən kasıb xalqları arasında yer alan əfqanlar Türkiyədəki bu faciəyə biganə qala bilməyiblər. Onlar “kimin nəyə gücü çatır” yanaşması ilə zəlzələdən zərərçəkənlərə yardım məqsədilə pul yığmağa başlayıblar.
Video müəllifi böyük məbləğ toplaya bilmədiklərinə görə təəssüfləndiklərini bildirib.
“Bizim edə biləcəyimiz tək şey budur”, – deyə o bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
