Blinken kütləvi məzarlıqla bağlı İlham Əliyevə başsağlığı verdibackend

Blinken kütləvi məzarlıqla bağlı İlham Əliyevə başsağlığı verdi

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı ABŞ dövlət katibi Antoni Blinken dövlət başçısına başsağlığı verib.

Dövlət katibi, eyni zamanda, konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib. Antoni Blinken Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu qeyd edib, bununla əlaqədar dövlətimizin başçısına başsağlığı verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*