Bloomberg: “Böyük Britaniyanın xarici işlər naziri Çinə səfərə hazırlaşır”backend

Bloomberg: "Böyük Britaniyanın xarici işlər naziri Çinə səfərə hazırlaşır"

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ölkələr arasında münasibətləri nəzərdən keçirmək üçün Çinə səfər etmək imkanını nəzərdən keçirir. Səfərin əsas məqsədləri, eləcə də səfərin vaxtı hələlik təsdiqlənməyib.

KONKRET.az Bloomberg-ə istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi səfərlə bağlı şərh verməkdən imtina edib. Böyük Britaniyanın baş naziri Keyr Starmer 2024-cü ilin iyulunda təyin olunmazdan əvvəl hökumətin Çinlə münasibətlərdə “audit” aparacağını söyləyib. Qeyd edək ki, son vaxtlar London və Pekin arasında gərginlik xeyli artıb. May ayında Britaniya rəsmiləri çinli hakerləri Britaniya hərbçilərinin şəxsi məlumatlarını sındırmaqda ittiham edib. Sonra Çinin Britaniya seçicilərinin məlumatlarını oğurlayan hakerləri dəstəklədiyinə dair ittihamlar gəlib. Pekin bütün bu ittihamları rədd edib. Britaniya siyasətçiləri Çinə sonuncu dəfə 2023-cü ildə səfər ediblər – o zaman Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ötən ilin avqustunda Pekinə gəlib. 2024-cü ilin iyul ayında Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının konfransında David Lammi Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb, danışıqlar nəticəsində uzunmüddətli kommunikasiya kanallarının yaradılması barədə razılığa gəliblər. Cənab Lemmi ayrıca vurğulayıb ki, Çin şirkətləri Rusiyaya Ukraynaya qarşı istifadə oluna biləcək avadanlıqların tədarükündə iştirak etməməlidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*