BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsi siyasi liderləri canlı hədəfi öldürməyə müstəqil qərar verə bilən silahlardan istifadəni qadağan etməyə çağırırlar.
KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin bəyanatında bildirilir.
“Bu gün BMT-nin baş katibi Antonio Quterreş və Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Mirjana Spoljariç birgə müraciətində siyasi liderləri bəşəriyyəti qorumaq üçün muxtar silah sistemləri ilə bağlı təcili olaraq yeni beynəlxalq qaydalar yaratmağa çağırıblar”, – bəyanatda deyilir.
BMT və BQXK dövlətləri indiki və gələcək nəsilləri onlardan istifadənin nəticələrindən qorumaq üçün muxtar silah sistemlərinə xüsusi qadağalar və məhdudiyyətlər qoymağa çağırır.
“Onların inkişafı və yayılması müharibələrin aparılma üsulunu əhəmiyyətli dərəcədə dəyişdirmək və qlobal qeyri-sabitliyə və beynəlxalq gərginliyin artmasına töhfə vermək potensialına malikdir”, – bəyanatda vurğulanır.
Ariz Həsənoğlu,
KONKRET.az
