Mədəniyyət kanalının direktoru işdən çıxarıldıbackend

Mədəniyyət kanalının direktoru işdən çıxarıldı

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Mədəniyyət kanalında rəhbər vəzifədə dəyişiklik baş verib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, AzTV sədri Rövşən Məmmədovun əmri ilə Mədəniyyət kanalının direktoru Dilarə Səlimova vəzifəsindən azad edilib.

Dilarə Səlim telekanal rəhbəri oldu

Onun yerinə isə indiyədək sədrin köməkçisi vəzifəsində çalışan Həmidağa Əsədzadə təyin olunub.

Rəhbər dəyişikliyinin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Təyinatın hansı tarixdən qüvvəyə mindiyi barədə də məlumat açıqlanmayıb.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*