BMT Ermənistandan Bakının tələblərini yerinə yetirməsini TƏLƏB ETDİbackend

BMT Ermənistandan Bakının tələblərini yerinə yetirməsini TƏLƏB ETDİ

BMT Ermənistanı Qərbi Azərbaycan İcmasının təqdim etdiyi hesabatda əks olunan tələbləri yerinə yetirməyə çağırıb.

KONKRET.az xəbər verir ki, komitənin iclasında icma nümayəndəsi Kamal Cəfərov da iştirak edib.

İcma təqdim etdiyi hesabatında Qərbi azərbaycanlıların doğma torpaqlarından deportasiyası zamanı Ermənistanın beynəlxalq insan haqları konvensiyalarını pozduğunu xatırladıb.

İcma həmçinin Ermənistanın bu pozuntuları ilə bağlı BMT-ni təcili tədbirlər görməyə çağırıb.

Bildirilir ki, icma tərəfindən qaldırılan bu və digər məsələlər  yekun sənəddə öz əksini tapıb.

BMT Ermənistanı  təhlükə altında olan mədəniyyət və dini abidələrin reyestrinin aparılması üçün tədbirlər görməyə çağırıb.

Yekun sənəddə vurğulanıb ki, Ermənistan milli azlıqların və qaçqınların hüquqlarını kobud şəkildə pozur.

 

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*