BMT ilə Qazaxıstan arasında mavi dəbilqə BÖHRANIbackend

BMT ilə Qazaxıstan arasında mavi dəbilqə BÖHRANI

Qazaxıstanda etirazçılara BMT emblemi olan mavi dəbilqə taxmaqla müdaxilə edən təhlükəsizlik qüvvələrinə BMT-dən sərt etiraz edilib.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, BMT bununla bağlı bəyanat yayıb.

Gündəlik mətbuat brifinqində BMT rəsmisi Stefan Dujarrik deyib ki, BMT-nin sülhməramlı missiyalarına töhfə verən ölkələr BMT-nin sülhməramlı missiyalarını yerinə yetirərkən yalnız BMT-nin nişan və ya simvollarından istifadə edə bilərlər:

“Biz bu məsələ ilə bağlı narahatlığımızı birbaşa Qazaxıstan missiyasına çatdırdıq və təminat aldıq. Problem həll olundu”.

Qeyd edək ki, Qazaxıstanda etirazlara müdaxilə edən təhlükəsizlik qüvvələrinin BMT sülhməramlılarının istifadə etdiyi mavi dəbilqə geyinməsinə dair görüntülər sosial şəbəkələrdə yayılmışdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*