BMT-nin yeni nümayəndəsi Yekaterina Paniklova Azərbaycandan qovulsun!
KONKRET.az xəbər verir ki, Azərbaycan KİV BMTİP-in Azərbaycanda yeni təyin olunmuş rezident nümayəndəsi Yekaterina Paniklovanın ermənilərlə təmaslarına görə, Bakıdan qovulmasını tələb edir.
Yekaterina Paniklova haqqında qısa arayış: BMT-nin İnkişaf Proqramının Azərbaycanda yeni təyin olunmuş Rezident Nümayəndəsi (yaxşı ki, o, hələ Bakıya gəlməyib).
Xanım Paniklovanın sosial şəbəkələrdə çox maraqlı dost çevrəsi var. Armen Qriqoryan, Riçard Qiraqosyan, Naira Qriqoryan, Babken Ter-Qriqoryan, Varya Merujanyan, Lusine Yeremyan, Vaxan Hunayan, Nina Tumanyan, Naira Sarkisyan, Astrid Koizyan, Natalya Harutunyan, Aida Ghazaryan… Üstəlik, hesabları BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsinin çoxlu təriflər və təbriklər səsləndirdiyi Ermənistandakı çoxsaylı strukturlar!!!
Görünən odur ki, BMT-nin İnkişaf Proqramının (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) bəzi erməni əsilli əməkdaşlarının öz rəsmi mövqelərindən istifadə edərək sosial şəbəkələrdə cilovsuz böhtan və türk nifrət kampaniyası aparanların qalmaqallı davranışlarının bütün aspektləri artıq üzə çıxıb.
Belə görünür ki, bu mövzu ətrafında geniş ictimai müzakirələrdən, mediada çoxsaylı ifşaedici yazılardan və Azərbaycan qeyri-hökumət təşkilatlarının BMT-nin ali rəhbərliyinə etiraz müraciətlərindən sonra yalnız daxili araşdırmanın tamamlanmasını gözləmək qalır. Və bundan sonra BMT-nin qərargahının rəsmi üzr istəməsi ilə, bu təşkilatın bəzi işçilərinin həyasız davranışlarının dərin iz buraxmasına baxmayaraq, məsələni həll edilmiş hesab etmək olar.
Biz Paniklovanın Azərbaycandan çıxarılmasını tələb edirik.
Xuraman Etibarlı,
KONKRET.az
