backend

BMT rəsmisi: Azərbaycanın vaksinlərin idxalı üçün səyləri müsbət təsirini göstərir

“COVAX platforması çərçivəsində peyvəndlərin ölkəyə gətirilməsi tam şəkildə hökumət tərəfindən maliyyələşdirilir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Kavardin ölkəyə göndərilən “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksininin qarşılama mərasimində deyib.

O bildirib ki, növbəti görülməli vacib iş insanların kütləvi peyvəndlənməsinə nail olmaqdır: “Çünki virusla mübarizənin ən səmərəli yolu peyvənd vurdurulmasıdır. Ümid edirəm ki, birgə səylərlə çətin dövrü geridə qoymuş olacağıq”.

BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai COVAX platforması çərçivəsində peyvəndin ilk partiyasının Azərbaycana gətirilməsi münasibəti ilə hökuməti təbrik edib: “Ümumiyyətlə Azərbaycan hökuməti virusla mübarizə istiqamətində vaksinlərin erkən mərhələdə idxalı üçün çox səylər göstərir və bu da öz müsbət təsirini göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*