BNA-nın işdən çıxarılan şöbə müdiri yeni vəzifəyə təyin olunub? – RƏSMİ AÇIQLAMAbackend

BNA-nın işdən çıxarılan şöbə müdiri yeni vəzifəyə təyin olunub? - RƏSMİ AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyətinin tənzimlənməsi barədə verdiyi qalmaqallı açıqlamaya görə işdən azad edilmiş şöbə müdiri Hikmət Babayevə quruma məxsus BakuBus” MMC-də vəzifə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, BNA-nın mətbuat katibi Mais Ağayev bunun həqiqət olmadığını bildirib.

BNA sözçüsü qeyd edib ki, bu məsələnin heç bir həqiqətə uyğun olmayan məlumatlar əsasında yenidən gündəmə gətirilməsi insanlar arasında çaşqınlıq yaratmağa, şəhər nəqliyyat sistemində görülən işlərə ləkə yaxmağa, insanlarda dövlət qurumuna qarşı inamsızlıq yaratmağa hesablanan çox uğursuz bir cəhddir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*