Bolqarıstanda pravoslav keşiş Ukrayna prezidenti Vladimir Zelenskinin kortejinin qarşısına çıxaraq onu lənətləyib.
KONKRET.az xəbər verir ki, kadrlardan da göründüyü kimi, o, xaçı yelləyir və qışqırır:
“Anathema, anthema, Zelenski”.
Din xadimi Ukrayna hakimiyyətini də faşist adlandırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin qarşısını alaraq onu yoldan çıxarmağa çalışıb.
Qeyd edək ki, ötən gün Ukrayna lideri Vladimir Zelenski Bolqarıstan prezidenti Rumen Radev və baş nazir Nikolay Denkovla danışıqlar aparmaq üçün Sofiyaya gəlib.
Burhan,
KONKRET.az
