Bazarlarla bağlı GÖZLƏNİLMƏZ PROQNOZ: Hamısı bağlanacaq?backend

Bazarlarla bağlı GÖZLƏNİLMƏZ PROQNOZ: Hamısı bağlanacaq?

Son illərdə elektron ticarətin sürətlə inkişafı, rəqəmsal ödəniş sistemlərinin geniş yayılması və istehlakçı davranışındakı dəyişikliklər ənənəvi bazarların gələcəyi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Dünyanın bir çox ölkəsində alış-verişin böyük hissəsi artıq onlayn platformalar vasitəsilə həyata keçirilir.

Bu isə “Gələcəkdə ənənəvi bazarlar tarixə qovuşa bilərmi?” sualını gündəmə gətirir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, ənənəvi bazarların tamamilə yox olacağını düşünmək doğru deyil.

SON DƏQİQƏ: Pensiyaçılar kommunal ödənişlərdən azad ediləcək? - VACİB  AÇIQLAMA » www.GUNAZ.az -informasiya agentliyi,Ən son xəbərlər,Azərbaycan  Xəbərləri

Onun sözlərinə görə, rəqəmsallaşma və elektron ticarət sürətlə inkişaf etsə də, ənənəvi bazarlar iqtisadiyyatın və cəmiyyətin ayrılmaz hissəsi olaraq qalacaq:

“Onlayn ticarət rahatlıq, sürət və geniş seçim imkanı təqdim edir. Lakin ənənəvi bazarlar təkcə alış-veriş məkanı deyil, həm də sosial ünsiyyət, yerli istehsalçıların dəstəklənməsi və alıcının məhsulu yerində görərək qiymətləndirməsi baxımından mühüm üstünlüklərə malikdir.”

Ekspert qeyd edib ki, gələcəkdə əsas dəyişiklik ənənəvi bazarların yox olması deyil, onların transformasiyası olacaq

“Bazarlar müasir texnologiyaları daha geniş tətbiq edəcək, rəqəmsal ödəniş sistemlərindən yararlanacaq və onlayn sifariş-çatdırılma xidmətləri ilə inteqrasiyasını gücləndirəcək. Bu proses onların rəqabət qabiliyyətini artıracaq.

İnsanlar təzə məhsulu seçmək, satıcı ilə birbaşa ünsiyyət qurmaq və alış-verişi sosial təcrübə kimi yaşamaq istəyirlər. Bu amillər ənənəvi bazarların tamamilə tarixə qovuşmasına imkan verməyəcək.”

Ekspert sonda vurğulayıb ki, gələcəyin ticarət modeli ənənəvi və rəqəmsal satış kanallarının paralel fəaliyyət göstərdiyi hibrid sistem olacaq. Onun sözlərinə görə, bazarlar dəyişəcək, müasirləşəcək, lakin tamamilə yox olmayacaq.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*