Amerikanın “Pew Research” sosioloji mərkəzi Bolqarıstan sakinlərinin dünyada ən çox Rusiyaya və Prezident Vladimir Putinə rəğbət bəslədiklərini açıqlayıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, sorğuda iştirak edən bolqarların 73% -i Rusiya Federasiyasına sevgisini, 62% -i Rusiya liderini dəstəklədiklərini bildirib.
“Heç bir ölkə bolqar və rus xalqlarının arasını vura bilməz”, deyə Bolqarıstan Rusofil hərəkatının sədri Nikolay Malinov “PolitExpert”ə açıqlamasında bildirib.
Sosioloqlar 33 ölkənin sakinlərindən sorğu keçiriblər. Bolqarıstanla birlikdə Rusiyaya etimad göstərən ölkələr – Slovakiya, Yunanıstan, Filippin və Hindistan olub.
Rusları ən az İsveçdə (12%) və ABŞ-da (18%) sevirlər.
Tədqiqata görə, ukraynalıların 32, polyakların 33, almanların 35 faizi Rusiyaya inandıqlarını bəyan ediblər.
NEWS.ru saytının məlumatına görə, 2020-ci ilin sonuna qədər Bolqarıstan Rusiya qazına alternativ tapmağa və alışını iki dəfə azaltmağa qərar verib.
Babək Göyüş
KONKRET.az
