Boris Conson karantin qaydalarını POZDU – FOTObackend

Boris Conson karantin qaydalarını POZDU - FOTO

Boris Consonun pandemiya zamanı karantini pozduğuna və içki içkərək badə qaldırdığına dair şəkillər yayılıb.

KONKRET.az xəbər verir ki, fotoşəkillər “ITV News” kanalı tərəfindən yayılıb. Şəkillərdə Boris Conson əlində içki qədəhi tutaraq, ən azı 6 nəfərlə birgə məclisdə iştirak etdiyi, badə qaldıraraq şənləndiyi görülür.

Yığıncağın 13 Noyabr 2020-ci ildə, Britaniyada insanların yalnız müəyyən səbəblərə görə evdən çıxmasına icazə verildiyi və ikinci dəfə koronavirusla bağlı karantinin tətbiq edilidyi zaman çəkildiyi deyilir.

Qeyd edək ki, Boris Conson bundan öncəki açıqlamalarında hər hansı bir məclisin keçirilməsindən xəbərdar olmadığını deyərək bu yığıncağın sadəcə işgüzar xarakter daşıdığını bildirmişdi.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*