Boris Consonun COVID-19 testinin nəticəsi AÇIQLANDIbackend

Boris Consonun COVID-19 testinin nəticəsi AÇIQLANDI

Britaniyanın Baş naziri Boris Conson koronavirusdan sağalıb.

KONKRET.az xəbər verir ki, bu barədə 13 aprel Bazar ertəsi günü Britaniya Hökuməti Aparatının rəsmi nümayəndəsi bildirib.

“Bu cür testlər aparmaq xəstəxanalarda adi bir təcrübədir. Və Consonun nəticəsi mənfi oldu” deyə Baş nazirin nümayəndəsi deyib.

Conson bir gün əvvəl xəstəxanadan çıxdıqdan dərhal sonra gəldiyi Checkers ölkə iqamətgahındadır.

Xatırladaq ki, Consondakı koronavirus martın 26-da aşkar edilib. Özünü təcrid edib və ölkəni iqamətgahından idarə etməyə davam edib. 5 aprel bazar günü yüksək temperatur səbəbiylə London xəstəxanasına aparılıb. Bazar ertəsi axşam o, reanimasiyaya köçürülüb.

Consonun olmadığı müddətdə hökumətə xarici işlər naziri Dominik Raab rəhbərlik edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*