Braziliya İsraildəki səfirini geri çağırdıbackend

Braziliya İsraildəki səfirini geri çağırdı

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ölkənin İsraildəki səfiri Federika Meyeri rəsmən geri çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Bildirilib ki, hazırda səfirin funksiyalarını müvəqqəti işlər vəkili Fabio Farias yerinə yetirəcək.

Nəşr qeyd edir ki, Braziliya İsraillə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib: Hələlik yeni səfir təyin olunması ilə bağlı plan yoxdur.

Braziliya prezidentinin Qəzza zolağında baş verənləri “Fələstin xalqına qarşı soyqırım” adlandırmasından sonra ölkələr arasında münasibətlər pisləşib. İsrail bu bəyanatlara kəskin reaksiya verib. Baş nazir Benyamin Netanyahu Braziliya prezidentinin “qırmızı xətti keçdiyini” deyib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*