İngiltərə hava limanında avtobus dayanacağına bənzəyən namaz otağı istifadəyə verilib.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, namaz otağı hava limanının pulsuz gözləmə, enmə və toplama zonasında yerləşir.
Yeni ərazi sərnişinlərə namaz qılmaq, dua etmək və digər bu kimi istəklərini icra etməyə imkan verəcək.
Lakin hava limanında belə bir dini zonanın yaradılması insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Əksər sosial media istifadəçiləri bu addımı sərt reaksiya ilə qarşılayıb.

Burhan,
KONKRET.az
