Sosial şəbəkələrdə sirli çağırışlar: vəhşət gecəsi nədir?backend

Sosial şəbəkələrdə sirli çağırışlar: vəhşət gecəsi nədir?

Son günlər sosial şəbəkələrdə vəfat etmiş yaxınları üçün vəhşət namazı qılınmasına çağırış edənlərin sayı artıb. Bu cür paylaşımlar birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Vəhşət namazı nədir və hansı məqsədlə qılınır?

KONKRET.az xəbər verir ki, Dinşünas Tural İrfan deyib ki, islamda bir çox təriqət və məzhəblər var:

“Fiqhdə, şəriət qaydalarında müəyyən məsələlərdə fərqli qaydalar mövcuddur. Cəfəri məzhəbinə görə, vəfat etmiş insan üçün digər müsəlmanlar dəfn gününün axşamı meyitin əfvi üçün iki vəhşət namazı qılır. Bu namaz ölü üçün bağışlanma mənasındadır. Qılınıb onun xeyri və əfvi üçün dualar edilir”.

Dinşünas bildirib ki, belə bir namazın qılınması üçün çağırış etmək ənənəsi yoxdur və etik deyil:

“Rəhmət və bu cür namazlar çağırış, dəvət əsaslı deyil, könüllü olmalıdır. Hədislərə görə, dəfn gecəsi ölü üçün ən çətin, mələklərin gəlməsi, hesab, sorğu-sual gecəsidir. Yəni qorxulu vəhşət gecəsidir. Onun üçün Əhli-beyt imamlarına istinadən belə bir namazın qılınması haqqında rəvayətlər var. Lakin Həzrət Məhəmməd Peyğəmbərin və öz dövründə səhabələrin bu namazı qılması haqda dəlil yoxdur.

Cəfəri məzhəbinin özünəməxsus hədis və fiqh mənbələrində bu namazın qılınması həm ölü, həm də qılan üçün müsbət xarakterizə olunur”./globalinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*