Böyük Britaniya İranın əxlaq polisinə qarşı sanksiya tətbiq edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məlumat yayıb.
O bildirib ki, rəsmi London İran hakimiyyətini qadınlara qarşı təzyiqlərə və etirazların yatırılmasına görə cavabdehləri məsuliyyətə cəlb etməyə çağırır.
Qeyd edək ki, İranda əxlaq polisi 22 yaşlı Məhsa Əminini qətlə yetirdiyi üçün kütləvi etiraz aksiyaları keçirilir.
