Böyük Britaniyanın baş nazirinin ofisi İsraili Qəzza zolağına su təchizatı bərpa etməy çağırıb.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bunu baş nazirin sözçüsü bildirib.
London İsrailə çağırışlarını davam etdirir: “Sıx əməkdaşlıq etdiyimiz bir demokratik ölkə olaraq düşünürəm ki, onlar bunun üçün addımlar atırlar. Biz danışıqlar aparırıq və həqiqətən də əraziyə suyun bərpasını görmək istəyirik. Biz Qəzza zolağında yaranan humanitar problemlərin aradan qaldırılması üçün mümkün olan hər şeyi etmək istəyirik. Su bunun mühüm hissəsidir”.
Ariz Həsənoğlu,
KONKRET.az
