Britaniya kəşfiyyatı: Belarus Ordusu münaqişədə birbaşa iştirak etməyibbackend

Britaniya kəşfiyyatı: Belarus Ordusu münaqişədə birbaşa iştirak etməyib

Bu ayın əvvəlində keçirilən hərbi təlimlərdən sonra Belarus xüsusi əməliyyat qüvvələrini Ukrayna sərhədi boyunca, hava hücumundan müdafiə, artilleriya və raket birləşmələrini ölkənin qərbindəki təlim poliqonlarında yerləşdirdiyini bəyan edib. Belarus Ordusunun sərhədə yaxın yerləşdirilməsi Ukrayna qoşunlarını da bölgədə qalmağa məcbur edəcək və beləcə onlar Donbasdakı dəstək əməliyyatlarında iştirak edə bilməyəcəklər.

KONKRET.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, ilkin fərziyyələrə baxmayaraq, Belarus Ordusu bu günə qədər münaqişədə birbaşa iştirak etməyib.

“Bununla belə, Rusiya Kiyev və Çerniqova ilkin hücumları zamanı Belarus ərazisindən istifadə edib, həmçinin Belarusdan Ukraynaya aviasiya və raket zərbələri endirib”, – deyə məlumatda qeyd olunub.

Məlumatda vurğulanıb ki, Belarus prezidenti Aleksandr Lukaşenko, ehtimal ki, Rusiyanın işğalına verdiyi dəstək və hərbi əməliyyatlarda birbaşa iştirak etmək istəməməsi arasındakı balansa Qərbin sanksiyaları, Ukraynanın cavab tədbirləri və Belarus ordusunda mümkün narazılıqlar riski ilə nail olur.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*