Britaniyalı məktəblilər məktəbli formasının pornoqrafiyada istifadəsinə QADAĞA TƏLƏB EDİRbackend

Britaniyalı məktəblilər məktəbli formasının pornoqrafiyada istifadəsinə QADAĞA TƏLƏB EDİR

Böyük Britaniyada məktəbli qızlar məktəbli formasının pornoqrafik materiallarda və seks-mağazalarında istifadəsinin qadağan olunmasını tələb edən petisiya başladıb. Qızlar bildirirlər ki, qısa ətəklər, dizədək corablar və ağ köynəklər pornoqrafik məzmunlarda tez-tez istifadə olunur. Bu isə məktəbli qızların narahatlığına və cinsi xarakterli arzuolunmaz diqqətlə üzləşməsinə səbəb olur.

İngiltərənin Bicester şəhərində fəaliyyət göstərən “Little Feminist Book Club” adlı məktəbli feminist kitab klubunun 15 yaşlı üzvləri Eylin və Mey bu problemlə bağlı petisiya hazırlayıblar.

Eylin bildirib ki, klub üzvləri məsələ ilə bağlı müzakirələrdən sonra daha konkret addım atmağa qərar veriblər:

“Hamımız belə bir qənaətə gəldik ki, daha irəli getmək istəyirik. Məktəbli formasının pornoqrafiyada istifadəsini tamamilə qadağan etməyi tələb edirik”.

Petisiyanın müəllifləri 2018-ci ildə “Plan International” xeyriyyə təşkilatının apardığı araşdırmaya da istinad edirlər. Araşdırmada 14–21 yaş arası 1004 qız və gənc qadın iştirak edib.

Oktyabrın 9-u səhər saatlarına olan məlumata görə, petisiya 26 mindən çox imza toplayıb. “The Times” qəzetində dərc olunan materialdan sonra təşəbbüs mediada geniş diqqət çəkib.

Mey və Eylin ümid edirlər ki, məsələ Böyük Britaniya parlamentində müzakirəyə çıxarılacaq. Artıq iki parlament üzvü onların təşəbbüsünü dəstəkləyəcəyinə söz verib.

Petisiyanın əsas məqsədi məktəbli formasının pornoqrafik məzmunlarda seksual obyekt kimi təqdim edilməsinin qarşısını almaq, azyaşlıların müdafiəsini gücləndirmək və məktəbli qızların özlərini ictimai yerlərdə daha təhlükəsiz hiss etmələrinə nail olmaqdır.

Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*