Bakı metrosundakı reklam monitorları niyə söndürülüb? – RƏSMİ AÇIQLAMAbackend

Bakı metrosundakı reklam monitorları niyə söndürülüb? – RƏSMİ AÇIQLAMA

Son günlər Bakı metrosunun bütün stansiyalarında yerləşən reklam monitorlarının fəaliyyətini dayandırması sərnişinlərin diqqətini çəkib. Monitorların söndürülməsi bunun reklam yayımı siyasətində dəyişikliklə, yoxsa texniki problemlərlə əlaqəli olması barədə suallar yaradıb.

KONKRET.az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, hazırda metropolitendə yerləşən reklam monitorlarında planlı texniki yenilənmə və proqram təminatının təkmilləşdirilməsi işləri aparılır. Məhz bu səbəbdən monitorların fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Rəsmi açıqlamada vurğulanıb ki, görülən işlər reklam yayımı siyasətində dəyişikliklə bağlı deyil və sırf texniki xarakter daşıyır.

Bildirilib ki, texniki işlər başa çatdıqdan sonra reklam monitorları mərhələli şəkildə yenidən istifadəyə veriləcək.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*