Britaniyalıların yarıdan çoxu Liz Trassın Baş nazir postundan getməli olduğunu DÜŞÜNÜRbackend

Britaniyalıların yarıdan çoxu Liz Trassın Baş nazir postundan getməli olduğunu DÜŞÜNÜR

Britaniyalıların yarıdan çoxu Liz Trassın Baş nazir postundan getməli olduğunu düşünür.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg YouGov-un sorğusunun nəticələrinə istinadən məlumat yayıb. Bloomberg yazır ki, britaniyalıların yarıdan çoxu Liz Trassın Böyük Britaniyanın Baş naziri postundan getməli olduğuna inanır.

Sorğu Trass və onun Mühafizəkarlar Partiyasının nüfuzuna bir həftə əvvəl hökuməti tərəfindən açıqlanan, funt-sterlinq və dövlət istiqrazlarının satışına səbəb olan böyük maliyyələşdirilməmiş vergi güzəştləri paketinin ziyan vurduğu bildirilir.

Sorğuda iştirak edən 5000-ə yaxın britaniyalının 51%-i Baş nazirin istefa verməli olduğunu, 54%-i isə Maliyyə Nazirliyinin kansleri Kvasi Kvartenqin istefa verməli olduğunu bildirib.

YouGov-un sorğusu göstərib ki, Trass 2019-cu ildə keçirilən son ümumi seçkidə Mühafizəkarlara səs verənlər arasında dəstəyini itirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*