“Brüssel görüşünün nəticələrini yüksək qiymətləndiririk” – Ərdoğanbackend

“Brüssel görüşünün nəticələrini yüksək qiymətləndiririk” - Ərdoğan

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

KONKRET.az-ın xəbərinə görə, dövlət başçısı dünən Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.

Azərbaycan və Türkiyə Prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*