Brüsseldə üçtərəfli görüşdən sonra Şarl Mişel BƏYANATLA ÇIXIŞ ETDİ – VİDEObackend

Brüsseldə üçtərəfli görüşdən sonra Şarl Mişel BƏYANATLA ÇIXIŞ ETDİ - VİDEO

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. 

KONKRET.az xəbər verir ki, görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bəyanatla çıxış edib.

Bəyanatın detalları aşağıdakılardır:

Humanitar xarakterli mövzular, o cümlədən minaların təmizlənməsi və itkin düşmüş şəxslərin taleyi (Birinci Qarabağ müharibəsi illərində) müzakirə olunub.

Yaxın günlərdə dövlətlərarası sərhəddə Birgə delimitasiya komissiyasının iclası keçiriləcək.

Liderlər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycan ərazisindən keçməklə tranzitin əsasını təşkil edən prinsiplər barədə razılığa gəliblər.

Xarici işlər nazirləri sülh müqaviləsinin təfərrüatlarını müzakirə etmək üçün tezliklə görüşəcəklər.

Şarl Mişel danışıqlarda Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini şəxsən qeyd edib.

Bu formatda növbəti görüş iyul-avqust aylarından gec olmayaraq keçiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*