“Bu adam məni şikəst edib” – Flora Kərimova cərrahdan şikayətçidirbackend

Bu adam məni şikəst edib” - Flora Kərimova cərrahdan şikayətçidir

Xalq artisti Flora Kərimova gözlərində uğursuz əməliyyat edildiyini deyib.

KONKRET.az xəbər verir ki, sənətkar “İlkin xəbər” verilişinə müsahibəsində eynək taxmaqdan şikayətlənib:

“Bu mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Faktiki, bu adam məni şikəst edib”.

F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib.

Süjetdə bildirilib ki, əməliyyatı kök-hüceyrə uzmanı, plastik-cərrah Sevinc Heydərova edib.

Qeyd edək ki, F. Kərimova ilə S. Heydərova arasında qalmaqal ötən ilin əvvəlindən davam edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*