“Bu, Bakının İrəvana əlavə təzyiq vasitəsi olacaq”backend

"Bu, Bakının İrəvana əlavə təzyiq vasitəsi olacaq"

İndiki halda Ermənistanla hansısa bir əməkdaşlıqdan danışmaq çətindir. Hələ müharibə yeni bitib və hər iki tərəf bir-birinə qəzəblidir.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiya qazının Ermənistana tədarükünün “Şimali Qafqaz – Zaqafqaziya” qaz boru kəmərinin təmiri ilə əlaqədar müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcəyi haqda danışarkən deyib.

Politoloq qeyd edib ki, ümumi mənada gec-tez Ermənistan ilə iqtisadi əlaqələr qurulacaq:

“İlk başda bu, kiməsə qəribə gələ bilər, lakin bu, bizim maraqlarımıza uyğundur. Rusiya Gürcüstana heç bir halda etibar etmir. Azərbaycan Rusiya üçün tək alternativdir. Azərbaycanın mövcud potensialı da bu gün imkan verir ki, Rusiya təbii qazı Azərbaycan ərazisindən Ermənistana nəql edilsin. Əgər bu reallaşsa, Ermənistanın Azərbaycandan enerji asılılığı yaranacaq. Yəni rəsmi Bakı İrəvana əlavə təzyiq vasitəsi əldə edəcək. Rusiya qazının Azərbaycan üzərindən 3 həftə ərzində Ermənistana nəql edilməsi əslində bizim üçün müsbət bir təcrübə olacaq. Ermənistan onsuz da gələcəkdə Azərbaycandan enerji asılılığına düşəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*