“Bu cür davam edərsə, bir gün “Sünik İrəvanın mərkəzində partlayacaq” – Ermənistanda narazılıq artırbackend

"Bu cür davam edərsə, bir gün "Sünik İrəvanın mərkəzində partlayacaq” - Ermənistanda narazılıq artır

“İnqilabçı” Nikol Paşinyan mütəmadi olaraq Zəngəzur Mis-Molibden Kombinatı kimi böyük müəssisənin siyasiləşmiş struktura çevrilməsinin həm ictimai, həm də biznes maraqlarına zidd olduğunu bildirirdi. Lakin müəmmalı hərəkətlərdən sonra vəziyyət sanki dəyişib. Əslində bu struktur heç vaxt indikindən daha siyasiləşmiş vəziyyətdə olmayıb”.

KONKRET.azxəbər verir ki, bu barədə erməni nəşri olan “Past” qəzeti məqalə dərc edib.

Nəşrin yazdığına görə, bilərəkdən boş qalan vəzifələr burada siyasi alver predmetinə çevrilib. İnsanlar yalnız “Mülki müqavilə” partiyasına daxil olduqda və ya partiyanın təbliğatını apardıqda işə götürülür. Bu “şərtləri” təmin etməkdən imtina isə işdən qovulmaqla nəticələnir. Mənbələrimizin verdiyi məlumata görə, bütün bu qanunsuzluqlara Sünik (Zəngəzur) vitse-qubernatoru Narek Babayan vasitəçi olub” – deyə qəzet yazır.

“Yeri gəlmişkən çoxları təəccüblənir ki, bir tərəfdən Rusiya sülhməramlıları Ermənistanın sərhədlərinin təhlükəsizliyini təmin edir, digər tərəfdən isə bəzi rusiyalı “sahibkarlar” ölkədə anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək üçün hər şeyi edirlər. Əldə etdiyimiz məlumata görə, bütün bunların fonunda onsuz da təhlükəsizlik problemlərindən əziyyət çəkən Sünik (Zəngəzur) sakinlərinin narazılığı artmağa başlayıb. Onların təbirincə desək, bu cür davam edərsə, bir gün Sünik İrəvanın mərkəzində partlayacaq” – qəzet yazıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*